ManşetSiyasətUncategorized

David Qalstyan: “Hərbçilərə və milislərə Qarabağdan qaçmaları üçün pul verirlər”

Qarabağda yaşayan ermənilər zaman keçdikcə əllərini hər şeydən üzməyə başlayıblar. Dünənə qədər hansısa ümidləri var idisə, hazırda özləri də etiraf etməyə başlayıblar ki, gələcəklə bağlı heç bir ümidləri qalmayıb.

Xankəndidə mənzillənmiş separatçılar isə əllərinə düşən fürsətdən istifadə edərək, daha çox oğurluq etməyə, daha çox pul qazanmağa başları qarışıb. Bir müddət əvvələ qədər əgər bu tip mövzularda danışılmırdısa, hazırda “deputat” səviyyəsində faktlar ortaya çıxır. Və məlum olur ki, Arayik və başının dəstəsi Ermənistanın ayırdığı pulları çox optimal və asan yollarla mənimsəməkdədir.

Qeyd edək ki, hələ bir müddət əvvəl Qarabağdakı separatçıların nümayəndəsi Metake Akopyan bildirmişdi ki, Xankəndi və ətraf şəhərlərdə ermənilər özlərinə qalmaq üçün mənzil tapa bilmirlər. Onun sözlərinə görə, bu səbəbdən hazırda Qarabağda xeyli sayda erməni gecəni küçələrdə, maşınlarda və ya qarajlarda keçirmək məcburiyyətində qalıblar.

JAMAZ.İNFO xəbər verir ki, bu gün həmin separatçılardan daha biri David Qalstyan da Arayik Harutyunyan və başının dəstəsinin pulları necə oğurladıqlarının detallarını açıqlayıb. O deyib ki, hal hazırda İrəvanda aksiya keçirən və yaşamaq üçün minimum şərtlıər tələb edən Qarabağ ermənilərinə çatacaq pullar Xankəndində kimlərinsə cibinə axır. “Qarabağdakı hakimiyyət nümayəndələrinin davranışları onu deməyə əsas verir ki, onlar artıq Qarabağın gələcəyini görmürlər. 20 min insanın mənzil problemi var. Başda oturanlar isə əl-qolunu sallayıb, heç bir iş görmür. Problemin həllini də insanların özünün həll etməsini istəyir. Bir tərəfdən də, onların adına gələn pulları mənimsəməklə məşğuldur”.

Qalstyan Arayuik Harutyunyanın pul qazadığı maraqlı bir məsələnin üstünü açıb. O deyir ki, hazırda Qarabağda 40 qonaq evi var. “Halbuki müharibədən əvvəl onların sayı 10-dan çox deyildi. Sayın artmasının səbəbi isə əsl korrupsiya qaynağıdır. Adi vətəndaş öz evini kirayə verərəsə, bu ucuz alınır. Məsələn, hazırda bir mənzil 120 min drama kirayəyə verilir. Orada 5-7 nəfər yaşayır. Başda oturanlar isə həmin evlərin siyahısını tutaraq, onları qonaq evi kimi sənədləşdirirlər. Nəticədə, adambaşına günlük 2.5-4 min dram pul xərclədiyini yazırlar. Bu real qiymətdən 4-5 dəfə artıq pul deməkdir ki, həmin fərq də kimlərinsə cibinə axır”.

Erməni separatçısı deyir ki, Arayik və komandasının məqsədi son qəpiyə də ələ keçirməkdir. “Bütün bunlar “nazirlər” səviyyəsində edilir.  Deyirlərsə, bundan xəbərləri yoxdur, deməli, yerində deyillər. Yox, xəbərləri var, lakin susurlarsa, bu daha pisdir”.

Qalstyan separatçıların daha bir korrupsiya qaynağını üzə çıxarıb. O deyib ki, sənədləşdirmədə müharibə vaxtı 842 ədəd traktorun Azərbaycan əsgəri tərəfindən qənimət götürüldüyü qeyd olunub. “Bu necə ola bilər? Cəbrayılda müdafiə xətti yarılandan sonra digər ərazilərdəki texnikanı çıxarmaq üçün xeyli vaxt olub. Lakin onlar sənəddə qeyd ediblər ki, guya, Azərbaycanın əlinə keçib. Əslində, Qarabağ ərazisində bu qədər texnikanın olması inandırıcı deyil. Burada məqsəd həmin traktorlar üçün kompensasiyanın verilməsidir ki, o da korrupsiyadır. Çünki Qarabağda 842 adam tapıb, onların adına bir traktor sənədləşdirmək çətin deyil. Həmin adamlarla da razılaşıb, pulun yarısını özləırinə götürürlər. Bununla bağlı, əlimizdə sənədlər və sübutlar var”.

Qalstyan daha bir maraqlı məsələnin üstünü açıb. O deyib ki, Qarabağın şəhər və kəndlərində “xidmət” edən “milis”lərin və “hərbçilərin” əksəriyyəti yoxa çıxıb. “Dəqiqləşdirmişik ki, onların bəziləri qorxduqlarından qaçaraq, Ermənistanda məskunlaşıblar. Bir xeylisinə də qaçmaları üçün pul veriblər”.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button