CəmiyyətManşetUncategorized

Şirkət rəhbərinin həyat yoldaşı qəza törətdi: 3 yaralı

Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb. Hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Qeyd edək ki, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.(APA)

Onu da bildirək ki, bir neçə gün əvvəl Məhərrəm Novruzovun kürəkəninin səbəb olduğu qəzada 4 nəfər həyatını itirmişdi, 2 nəfər xəsarət almışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button