CəmiyyətUncategorized

Yalçın Qəhrəmanoğlu: “Saleh Rüstəmlidən aclığı dayandırmağı xahiş etməliyik”

“Saleh Rüstəmovla şəxsi tanışlığım yoxdur. Ümumi dostlarımız var. Haqqında müsbət sözlər eşitmişəm həmişə. İndi həbsdədir və 32 gündür ki, aclıq edir, vəziyyəti çox gərgindir. Müdafiəsi və azadlığa çıxması üçün addımlar atılır. Lakin məlumdur ki, qərar verən qüvvələr də onu azad etmək istəmir. Bu isə acı sonluqla nəticələnə bilər”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi hazırda Ukraynada yaşayan ictimai-siyasi fəal Yalçın Qəhrəmanoğludur.

O qeyd edir ki, baş verənlərlə bağlı bir tarixi olayı xatırladıb. “70-ci illərdə dissident, ağsaqqalımız Mustafa Ağa Cəmilov sovet həbsxanasında ən uzun müddətli aclıq aksiyası keçirəndə akademik Saxarovun bir məktubu onu bu aksiyanı dayandırmağa sövq edir. Saxarov yazmışdı: “Sən salamat qalmalısan, yaşamalısan. Çünki səni və bizi qarşıda böyük işlər gözləyir. Buna görə xahiş edirəm aclığı dayandır!” Və həqiqətən də SSRİ dağıldı və Mustafa Ağa Moskvada mitinq edib, 10 min Krım tatarının ata yurduna qayıtmasına nail oldu. Bənzətmə doğru və ya yanlış ola bilər. Amma reallıq odur ki, bizi qarşıda böyük işlər gözləyir. Hər çətin günün sonu mütləq olur”.

Qəhərmanoğlu yazır ki, Saleh bəydən hamılıqla aclığı dayandırmağı xahiş etməliyik. “Bu çətin günlər keçəcək. Bizi qarşıda böyük işlər gözləyir. Onun xatirinə yaşatmalı və yaşamalıyıq. Ümid edirəm digər dostlar da mənim bu təklifimə, fikrimə qoşulub, Saleh bəyə müraciət edəcəklər. Saleh bəyi ölməyə qoymaq olmaz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button