Cəmiyyət

Türkiyə Ermənistana xəbərdarlıq etdi: “Nəticəsi acı olar”

Türkiyə Böyük Millət Məclisinin sədri, hazırda Bakıda səfərdə olan Mustafa Şentop Ermənistana xəbərdarlıq edib. APA-nın məlumatına görə, bu gün, iyulun 28-də keçirilən mətbuat konfransında Şentop Ermənistanın Kəlbəcər istiqamətində hücumlarına münasibət bildirib.

“Ermənistanın belə əməlləri yeni deyil, bu əməllərdən asanlıqla əl çəkəcəyini də düşünmürəm”, – deyə TBMM sədri vurğulayıb.

O, Azərbaycan Ermənistana sülh sazişinin imzalanmasını təklfi edib: “Ermənistanda seçkilər keçirildi, Nikol Paşinyan qələbə qazandı. Ermənistan xalqı da bununla bir növ sülhə dəstək vermiş oldu. Mən Ermənistan xalqının da müharibə istədiyini düşünmürəm, müəyyən dairələr bunun tərəfdarı kimi çıxış edir. Ermənistan anlamalıdır ki, bunun yenə acı nəticələri ola bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button