Dünya
“Buna baxmayaraq, Tokayev öz kürsüsünü qoruyacaq” – Politoloq
“Qazaxstanda yeni hökumət təşkil ediləcək və bəzi addımlar atacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Qazaxstanda yaranmış vəziyyəti şərh edərkən deyib.Onun sözlərinə görə, yeni hökumət yaranmış vəziyyəti bir balaca düzəltməyə çalışacaq:
“Səhv qərarlar qəbul elədilər. Yeni hökumət də istiqaməti dəyişib, kasıb camaatın vəziyyətini, güzəranını düzəltməyə çalışacaq”.
Politoloq hesab edir ki, bütün bunlara baxmayaraq, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev öz kürsüsünü qoruyacaq:
“Möhkəmdir, onun arxasında Nazarbayev durur”.
Qazaxstanda yaranmış vəziyyətin başqa ölkələrdə təkrarlanmasına gəlincə, Zərdüşt Əlizadə deyir ki, bunun üçün zaman lazım olacaq:
“Hadisələr göstərəcək. Harda ki, əhalinin vəziyyəti pisdir, həmin ölkələrdə də bu baş verə bilər. Bahalaşma dünya miqyaslıdır. Düşünmürəm ki, bu bahalaşma dünya miqyasında ciddi bir dəyişikliyə gətirə”.