Dünya

Donbasdan sonra Moldova da hərbi əməliyyatlar başlayır: 400 ABŞ dəniz piyadası bölgəyə gətirilib  

Ukrayna ordusu ilə Donbasda separatçılar arasında münaqişə getdikcə daha ciddi şəkil almağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, artıq Kiyev hərbçiləri Donbasın cənubunda ciddi mövqeləri ələ keçirərək, yeni hücumların hazırlıqlarına başlayıblar.

Buna paralel olaraq, Rusiya da sakit durmur. Belə ki, Kreml bir tank dviziyasını Bryanskıdan Donetskiya yollayıb. Həmçinin Smolensk və Pskovdakı qoşunların da bir qismi sərhəddə dislokasiya olunub.

Bu gün isə məlum olub ki, təkcə, Donbasda deyil, Moldovanın ərazisi olan Dnestryanı bölgədə də vəziyyət gərgindir. Belə ki, dünəndən etibarən bölgədə lokal hərbi toqquşmalar qeydə alınıb. Moldova ordusu əraziləri separatçılardan təmizləmək üçün hərbi əməliyyatlara başlamaq fikrindədir.

Lakin işin bir başqa maraqlı tərəfi odur ki, istər Donbasa, istərsə də Dnestryanıya ABŞ hərbçiləri gətirilib. Belə ki, ABŞ ordusunun 400 dəniz piyadası (xüsusi təyinatlılar) hər iki bölgəyə yerləşdirilib. Rus mediasının yaydığı xəbərə görə, Moldovaya sentyabrda gəlmiş 400 dəniz piyadasının bir hissəsi dünəndən etibarən Donbasa göndərilib. Həmin xüsusu təytinatlılar indiyə qədər həm Moldova, həm də Ukrayna ordusunun hazırlanması prosesində yaxında iştirak ediblər.

Hadisələrin gedişatı göstərir ki, Qərb Rusiyanın əlində olan bütün təsir vasitələrini geri almağa çalışır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button