ManşetSiyasət

Arayik Harutyunyan yeni “ordu” qurmağa hazırlaşdıqlarını deyir

Qarabağdakı terrorçuların rəhbəri Arayik Harutyunyan bu gün 44 günlük müharibədə “şücaət” göstərmiş bir qrup “hərbçi”yə “orden” və “medal” paylayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin sırada Qarabağda qanunsuz fəaliyyət göstərən “kəşfiyyatçılar” da “mükafat” alıblar.

Onların qarşısında çıxış edən Harutyunyan deyib ki, 2020-ci ilin payızında baş vermiş müharibədə Qarabağ erməniləri “rəşadətlə” döyüşüblər və bütün ağır şərtlərə rəğmən “mübarizə” aparıblar. Daha donra isə o bildirib ki, Qarabağda yeni “ordu” quruculuğuna start verilib. “Biz mütləq güclü və yüksək döyüş qabiliyyəyli ordu qurmalıyıq”.

Bundan başqa, Harutyunyan “təhlükəsizlik xidməti”nə göstəriş verib ki, müharibə vaxtı səfərbərlikdən yayınanların siyahısınə tərtib etsinlər. Onun sözlərinə görə, müharibədə ən yaxşı nəticəni Əsgəran, Ağdərə və Xocavənd erməniləri göstəriblər. “Onlar döyüş postlarını qoyub, qaçmadılar. Lakin göstəriş vermişəm ki, müharibə vaxtı qaçıb, gizlənənlərin kimliyini araşdırsınlar. Təkcə, onlar deyil, qohum əqrabaları da bundan sonra vəzifə tuta bilməyəcək”.

P.S Arayik əgər müharibə vaxtı qaçıb gizlənənlərin siyahısını tərtib etsə, gərək, Qarabağda 5-6 erməni qala ki, səfərbərlikdən yayınmamış olsun. Çünki 44 günlük müharibə zamanı ermənilər nəinki döyüş postlarını qoyub qaçırdılar, hətta onları İrəvanda belə tutmaq mümkün olmurdu.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button