GündəmManşet

Arayik Qarabağdan qaçır: 400 milyon dollarlıq biznesini Rusiyaya köçürür

Qarabağdakı erməni separatçılarının başçısı Arayik Harutyunyanın böyük sərvət sahibi olduğu xeyli müddətdir Ermənistanda müzakirə olunur. JAMAZ.İNFO xəbər verir ki, müharibədən öncə Arayikin Qarabağ və Ermənistanda bir çox bizneslərininolduğu deyilirdi.

Müharibədən sonra isə məlum oldu ki, baş separatçının Laçında 1000 hektardan çox nar və xurma, bir o qədər də Ağdərə və digər rayonlarda nar bağları olub. Bundan başqa, Xankəndidəki ən iri marketlər də Arayikin biznesinbə daxil imiş.

Həmin məlumatlara əsaslansaq, belə aydın olar ki, Arayik Harutyunyanın Ağdərədəki mis mədənlərində, habelə Kəlbəcərdəki qızıl yataqlarında da payı olub. Müharibədən sonra isə Kəlbəcərdəki qızıl yataqları əlindən çıxsa da, Ağdərədəki mis mədənini işlətmək imkanları azalmayıb.

JAMAZ.İNFO xəbər verir ki, 44 günlük müharibədən sonra çıxılmaz vəziyyətə düşən Arayik Harutyunyan və başının dəstəsi mərhələ-mərhələ Qarabağdan daşınmağa başlayıblar. Erməni mediasının yaydığı məlumata görə, Arayikin bir müddət əvvəl Moskvaya ardıcıl iki dəfə səfərlər etməsi də bu qaçışın ilkin addımları olub. Belə ki, onun Moskvada iri biznes sahibləri ilə görüşdüyü və Rusiyada özünə biznes qurmağa çalışdığı deyilir.

Bu gün isə erməni mediası daha bir maraqlı iddia ilə çıxış edib. Həmin məlumatda deyilir ki, Arayik Harutyunyan biznesini Rusiyaya köçürməyə başlayıb. Bildirilir ki, Ermənistan və Qarabağdakı biznesinin toplam dəyəri 400 milyon dollar olan Arayik, bütün pullarını Rusiyaya aparmaq və orada bizneslə məşğul olmaq qərarına gəlib. İddia edilir ki, baş separatçı artıq Xankəndi və ətrafındakı obyekt və mülklərini sataraq, nağdlaşdırıb. Həmçinin İrəvandakı biznesini də sataraq, pula çevirib. Və Rusiyaya köçürməyə başlayıb.

Özünü Qarabağın “deputat”ı kimi təqdim edən Metaxe Akopyan bu barədə yayılmış məlumatı təsdiqləyib. O bildirib ki, Arayik Harutyunyan Qarabağdakı bütün obyekt və mülklərini sataraq, pulunu Rusiyaya köçürüb. O deyib ki, bununla bağlı əllərində ciddi məlumatlar var.

Bəzi erməni mediası bildirir ki, Arayik Harutyunyanın biznesini Rusiyaya köçürməsi, onun Qarabağdan qaçması kimi başa düşülməlidir. Onlar hesab edirlər ki, baş separatçının mülklərini və obyektlərini satması da, buna dəlalət edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button