GündəmManşet

Azərbaycan “Laçın dəhliz”ində zastava və gömrük məntəqəsi tikir?

Xəbər verildiyi kimi, Azərbaycan tərəfi İrəvandan Xankəndiyə gedən və “Laçın dəhlizi” kimi adlandırılan yolun alternativini inşa etməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, yeni yol Ermənistan sərhəddindən başlayıb, heç bir yaşayış məntəqəsindən keçmədən Xankəndiyə birləşəcək.

Qeyd edək ki, Ermənistan tərəfi tikinti işlərini diqqətlə izləməklə yanaşı, baş verənlərdən narahtlığını da gizlətmir. Çünki alternativ yol onların ümidlərini doğrultmayacaq və daha əvvəlki kimi istədikləri formada istifadə olunmayacaq.

Artıq erməni mediası bununla bağlı çeşidli məlumatlar yaymağa başlayıblar. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan tərəfi “Laçın dəhlizi”nin başlanğıcında, yəni Ermənistan sərhəddində yeni sərhəd zastavası və gömrük keçid məntəqəsi inşa edir. Qəzetin iddiasına görə, proses iki ay bundan əvvəl başlayıb. Həmin xəbərə görə, sərhəd zastavası artıq hazır olmaq üzrədir. Gömrük-keçid məntəqəsinin inşası isə sürətlə aparılır.

Ermənistan müxalifətinin liderlərindən biri olan, Daşnaksütun partiyasının sədri İşxan Saqatelyan isə erməni mediasına verdiyi açıqlamasında “Hraparak”ın yazdıqlarını təsdiq edib. O bildirib ki, yaxın günlərdə həmin zastava və gömrük keçid məntəqəsinin fotolarını da paylaşacaqlar.

Qeyd edək ki, rəsmi Bakı bununla bağlı hər hansı açıqlama vermir. Yalnız “Laçın dəhlizi”nin inşası ilə bir neçə ümumi xəbər verməklə kifayətlənir. Həmin ərazidə hər hansı sərhəd zastavası və gömrük məntəqəsinin inşası barədə isə ümumiyyətlə, rəsmi bilgi yoxdur.

Şübhəsiz ki, Azərbaycan tərəfinin “Laçın dəhlizi”nin başında, yəni Ermənistanla sərhəddə birləşən yerində belə bir addım atması təqdiqolunandır. Çünki bu həmin “dəhliz”in nəzarətdə saxlanılması deməkdir. Yəni, orada ermənilər daha əvvəlki kimi sərbəst hərəkət də edə bilməyəcəklər.

Bundan başqa, bölgədəki rus sülhməramlılarının da müşahidə və mühafizə sahəsi bir qədər kiçiləcək. Onlar yalnız yolun təhlükəsizliyini təmin edəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button