ManşetSiyasət

İrəvan Qan Bankı ermənilərdən təcili qan vermələrini istədi: Kəlbəcərdə nə baş verib?

Məlum olduğu kimi, bu gecədən səhər saat 10-a qədər Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonu istiqamətində təxribata əl ataraq, mövqelərimizi ələ keçirmək üçün hücuma keçiblər. JAMAZ.İNFO xəbər verir ki, təxribatçı qüvvələrin qarşısı Azərbaycan Ordusu tərəfindən qalınıb.

Nəticədə Ermənistan tərəfi 3 əsgərini itirib. Daha 3 əsgərinin isə yaralandığını bəyan edib. Azərbaycan Ordusunun isə iki əsgəri yüngül yaralanıb.

Qeyd edək ki, ermənilər postlarımızı ələ keçirmək üçün tanklardan və 120 mm-lik minaatanlardan istifadə edib. Rəsmi Bakı ermənilərin bu hərəkətini hərbi əməliyyatlara başlama cəhdi və təxribat kimi qiymətləndirib. Bəyan edib ki, hər bir təxribata layiqli cavab veriləcək.

Bu əsnada Ermənistanda ara qarışıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Ehtiyat Qan Bankının rəsmisi, həkim Avetis Darbinyan sosial şəbəkələr üzərindən əhaliyə müraciət edərək, onlardan təcili qan vermələrini xahiş edib. O bildirib ki, hazırda çoxlu miqdarda qana ehtiyac var. Lakin Darbinyan həmin qanın nə üçün lazım olduğunu açıqlamayıb.

Məlumatlara görə, məsələdən xəbər tutan bir qrup erməni Ehtiyat Qan Bankına yollanıb. Onlar əvvəlcə qan vermək istədiklərini deyib, daha sonra isə bu qanın nə üçün lazım oldğunu soruşublar. Məsələnin Kəlbəcərdəki təxribatla əlaqəli olub, olmadığını bilmək istəyiblər. Yolyan adına Hemotologiya Mərkəzinin rəhbərliyi isə açıqlama yayaraq, əhalini təşvişə düşməməyə çağırıb. Hazırda Ehtuyat Qan Bankında kifayət qədər qan ehtiyatlarının olduğunu, təcili şəkildə qana ehtiyac duymadıqlarını bildirib.

Qeyd edək ki, xəbər bütün ölkəyə yayılıb və məsələ sosial şəbəkələrdə müzakirəyə çıxarılıb. Elə bunun ardından məlumatlar yayılmağa başlayıb ki, vəziyyət heç də Ermənistan Müdafiə Nazirliyinin dediyi kimi deyil.

Belə ki, bir çox ermənilər müxtəlif mənbələrə istinadən xəbər veriblər ki, dünən gecədən səhərə qədər sərhəddə baş vermiş atışmada ölən erməni əsgərlərinin sayı nazirliyin bəyan etdiyi kimi, 3 nəfərdən ibarət deyil. Hətta bəziləri onlara yaxın olan adamların övladlarının gecəki atışmada öldüyünü iddia ediblər. Nəticədə, belə bir mənzərə yaranıb ki, Kəlbəcərdə qeydə alınan son döyüşlərdə Ermənistanın itkilərinin sayı 8 nəfərə yaxındır.

Yaralıların sayına gəldikdə isə sosial şəbəkələrdə bu məsələ də geniş müzakirə predmetinə çevrilib. Atışma gedən bölgədə yerləşən kənd sakinlərinə istinadən belə bir xəbər yayılıb ki, yaralıların sayı Ermənistan Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərdən qat-qat çoxdur. Elə əlavə qana da bu səbəbdən ehtiyac yaranıb. Və bunu belə əsaslandırıblar ki, əgər həqiqət də 3 erməni əsgəri yaralanıbsa, o zaman Ermənisranın Ehtiyat Qan Bankının həkimlərə xalqa qan vermələri üçün müraciət etməzdi.

Bildirək ki, sosial şəbəkələrin erməni seqmentində hansı müzakirələrin getməsi maraqlı olsa da, düşmən tərəfinin itkilərini gizlətməsi sirr deyil. 44 günlük müharibə zamanı da analoji taktikadan istifadə edilirdi ki, bunun da axırda üstü açıldı. Və məlum oldu ki, Ermənistan ordusu Qarabağdakı separatçılarla birlikdə toplam 7 minə yaxın canlı qüvvə itiriblər. Güman ki, Kəlbəcərdəki son döyüşlərdə də erməni tərəfinin itkiləri az deyil. Cəmiyyətin etirazından çəkinərək onların hamısı barədə açıqlama vermirlər.

Lakin bütün bunlara baxmayaraq, biz yenə də Ermənistan tərəfinin yaydığı rəsmi rəqəmlərə istinad edək. Düşmənin faktiki itkilərinin sayı 3 ölü, 3 yaralıdan ibarətdir. Son məlumatlara görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button