CəmiyyətManşet

Kəlbəcərdə daha 5 erməni əsgəri “itkin düşüb”: Onların aqibətindən xəbər yoxdur  

Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərginləşib. JAMAZ.İNFO xəbər verir ki, erməni hərbi birləşmələri gecə saat 00:50-dən etibarən Kəlbəcərlə sərhəddə yerləşən Yuxarı Şorca və Sotk kəndləri istiqamətindən mövqelərimizi atəşə tutub.

Gələcn son xəbərlərə görə, atışmaya səbəb ermənilərin Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək cəhdi olub. Belə ki, Kəlbəcər rayonu ərazisində yerləşən hərbi birləşmələrimizin mövqeləri gecə saatlarında basqına məruz qalıb. Düşmən təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu adekvat tədbirlər görməyə başlayıb. Nəticədə, lokal döyüşlər start götürüb.

Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib ki, hazırda döyüşlər davam edir. Onların hazırda 3 əsgəri öldürülüb, ikisi isə yaralanıb. Sözügedən nazirlikdən bildiriblər ki, bundan başqa daha 5 əsgərinin aqibətindən xəbərləri yoxdur. Onların yaralı olduğu və ya öldüyü barədə məlumat əldə etməyə çalışırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button