GündəmManşet

Ramiz Mehdiyev istefa verdi – YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

M. Mərdanov deyib ki, R. Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.

“Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib”. Bu barədə APA-ya AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev məlumat verib.
O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub: “Ramiz Mehdiyev bildirib ki, sabah cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button