GündəmManşet

Rusiya Müdafiə Nazirliyindən senssasiyalı açıqlama: “Ermənistan sərhəddə hərbi təxribatlarını təcili dayandırmalıdır”

Azərbaycan-Ermənistan sərhəddində gərginlik azalsa da, bunu dayanıqlı olmadığı dəqiqdir. JAMAZ.İNFO xəbər verir ki, gecə saatlarında Kəlbəcər istiqamətində baş verən toqquşmalardan sonra ermənilərin mütəmadi təxribatlar törədəcəyinə qətiyyən şübhə qalmır.

Qeyd edək ki, bu toqquşmalardan sonra Rusiya tərəfi atəşkəsin elan edilməsi ilə bağlı Azərbaycan və Ermənistana müraciət edib. Bu müraciətdən sonra Azərbaycan Müdafiə Nazirliyi bu gün saat 10:00-dan atəşkəs elan etdiyini açıqlayıb. Üzərindən bir neçə dəqiqə keçdikdən sonra isə Ermənistan tərəfi də atəşkəs təklifini qəbil etdiyini bildirib.

İşin ən ilginc tərəfi odur ki, az öncə Rusiya Müdafiə Nazirliyi indiyə qədər bizim üçün qəribə görünən və möcüzə belə hesab olunan açıqlama ilə çıxış edib. JAMAZ.İNFO RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi yaydığı bəyanatında Ermənistanı açıq şəkildə təxribatçılıqda ittiham edib. Həmin bəyanatda deyilir: “Azərbaycan tərəfi Rusiya ilə məsləhətləşmələrdən sonra bu gün təklif olunan atəşkəsin bərpa edilməsini qəbul edib. Rusiya Müdafiə Nazirliyi Ermənistanı təxribatçı hərbi toqquşmaları təcili dayandırmağa çağırıb. Və Ermənistandan tez bir zamanda sərhədlərin delmitasiyası məqəsdi ilə danışıqlara başlamağa dəvət edir. Ermənistan tərəfi mövcud reallıqlarla barışmalı və qəbul etməlidir. Əks təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü qorumaq məqsədi ilə ciddi addımlar atamaq və qərarlar vermək hüququnu özündə saxlayır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button