Media

Jurnalistlər üçün növbəti təlim keçirilir

Bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Hakimlər Assosiasiyaları İttifaqının təşkilatçılığı ilə media nümayəndələri üçün “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda birgə təlim keçirilib.
Modern.az-ın verdiyi məlumata görə, təlimdə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov və media nümayəndələri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə açan Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova təlimdə iştirak edən media nümayəndələrini salamlayaraq əhalinin hüquqi maarifləndirilməsində Ədliyyə Nazirliyinin rolundan danışıb.
Təlimdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, güclü media, güclü jurnalistika Azərbaycan cəmiyyətinin müqavimətini, intellektual səviyyəsini göstərir: “Çox təəssüflər olsun ki, dünyada beynəlxalq hüquq kimi beynəlxalq jurnalistikanın prinsipləri də böhran keçirir. Biz bunun 44 günlük Vətən müharibəsində də şahidi olduq. Azərbaycana münasibətdə dəfələrlə tendensiyalı və haqsız münasibətlərin şahidi olmuşuq”.
Natiq Məmmədli fikirlərinə davam edərək qeyd edib ki, bu kimi bütün stereotipləri dağıtmaq Azərbaycan jurnalistlərinin üzərinə düşür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button