Media

“New Media Hub” platforması yaradılır

“Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində “New Media Hub” platformasını yaradır. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı açıqlamada məqsədlər açıqlanıb.

Qeyd edilir ki, “New Media Hub” platforması “Trend” müstəqil informasiya agentliyi, “Yeni Müsavat” və “Teleqraf” media qrupları ilə birgə əməkdaşlıq nəticəsində təsis edilir. “Bu platformanın yaradılması gənc jurnalistlərin, blogerlərin yetişdirilməsi, onların təcrübə qazanması və bu təcrübədən istifadə edərək davamçı jurnalist kimi fəaliyyət göstərməsi məqsədi ilə atılan mühüm addımlardan biridir”.

Bildirilir ki, platforma daxilində gənc jurnalist və blogerlərin layihəyə cəlb edilməsi, onların xüsusi təlim, seminar, praktika və görüşlərdə iştirakı təmin ediləcəkdir. “”New Media Hub” platformasının yaradılması ilə gənc jurnalistlərin tez-tez üzləşdiyi, praktiki bacarıqların əldə edilməsi zamanı ortaya çıxan problemləri aradan qaldıraraq davamçı jurnalistlər şəbəkəsinin formalaşdırılması hədəflənir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button