Dünya

Çeçenistanda Abdulla Öcalana abidə qoyula bilər

“Türkiyə hökumətinin Rusiyada cinayətlər törətmiş terrorçuların adını əbədiləşdirmək yönündə fəaliyyəti uzun illərdir inkişaf edən Moskva-Ankara münasibətlərə xələl gətirə bilər”. 

“Lenta.ru” xəbər verir ki, bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırov dekabrın 21-də özünün “Teleqram” kanalında yazıb.

Bununla o, Türkiyənin Kocaeli vilayətindəki Körfəz şəhərində tanınmamış İçkeriya Çeçen Respublikasının birinci prezidenti Cövhər Dudayevin adına park açılması və abidəsinin qoyulması xəbərinə reaksiya verib. Kadırov hesab edir ki, belə addımlar Türkiyənin Rusiyanın dostu obrazına uyğun gəlmir.

Çeçenistan rəhbəri Türkiyəni analoji addımla hədələyib. O, Qroznıda Abdulla Öcalana abidə qoyulacağını istisna etməyib. Kadırov Rusiya XİN-i də məsələyə diqqət ayırmağa və belə hallara qarşı önləyici diplomatik tədbirlər görməyə çağırıb.

Rusiya XİN məsələyə daha əvvəl reaksiya verərək “Dudayevin terrorçu olduğunu və Moskvanın terrorçulara abidə qoyulmasına qarşı mövqeyinin dəyişməz və prinsipial olduğunu” bəyan etmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button