Araşdırma

BNA “sevimli” şirkətinə 500 min manatlıq tender verdi

Bakı Nəqliyyat Agentliyi dayanacaq pavilyonlarında müvafiq işlərin görülməsi məqsədilə lazım olan mal, iş və xidmətlərin satın alınması üzrə müsabiqəyə yekun vurub. Qaynarinfo xəbər verir ki, 530 min 421 manat 80 qəpik dəyərində olan satınalmanı BNA-nın “sevimli” şirkəti hesab olunan “MG Construction” MMC qazanıb.

Qeyd edək ki, 2018-ci ildə qeydiyyata alınan “MG Construction” MMC ötən ildən başlayaraq BNA-nın tenderlərini qazanmağa başlayıb. Şirkət indiyə qədər BNA-dan 4 tender qazanıb.
Ötən il “MG Construction”un qazandığı 920 min manat məbləğində olan tenderdə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdırmalı idi –  yəni, bir yol nişanı BNA-ya 1840 manata (1082 ABŞ dolları) başa gəlmişdi…

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button