Cəmiyyət

Asim Mollazadə: “Təhlükəsizlik Şurası da ramiz mehdiyevlərdən “təmizlənməli”dir”

Deputat qeyd edib ki, zamanında elmin idarə olunması ilə bağlı zəruri islahatlar ləngiyib. Elm və təhsilin vəhdətini təmin etmək üçün mütləq yeni qurumun yaradılmasına ehtiyac var. Bu qurum zəruri islahatları həyata keçirmək üçün müvafiq işlər görə bilər.
Asim Mollazadə eyni zamanda Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasından da çıxarılmasınını zəruri olduğunu qeyd edib: “Köhnə təfəkkür təhlükəsi eyni zamanda Təhlükəsizlik Şurasında da var. Belə bir şəxsin orada olması Azərbaycan dövləti üçün müəyyən problemlər yarada bilər. Ən azından yenidən Sovet İttifaqının bərpası xülyası ilə yaşayan qüvvələrin təsiri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü üçün hər zaman problem olub. İndi də bu cür fəaliyyətlər təhlükə yarada bilər. Ona görə də bu cür köhnə təfəkkürə malik olan şəxs mütləq Təhlükəsizlik Şurasından uzaqlaşdırılmalıdır”.
Deputat əlavə edib ki, ölkədə elmin islahatlarını sürətlə həyata keçirmək üçün yeni fəaliyyət olmalıdır: “Gənclərə bu prosesdə mütləq böyük şərait yaradılmalı, imkanlar verilməlidir. Ramiz Mehdiyevlərin zamanı bitib!”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button