Cəmiyyət

Avtobus qəzasında yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Ötən gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən ağır qəzada yaralananların 4 nəfəri Kliniki Tibbi Mərkəzə yerləşdirilib və hazırda müalicələri davam etdirilir. 
Bu barədə JAMAZ.info-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, yaralılardan 3 nəfərin vəziyyəti stabildir. 1 nəfər isə reanimasiyaya yerləşdirilib. Hazırda onun da vəziyyəti stabil dəyərləndirilir.
3 saylı Sabunçu Şəhər Xəstəxanasından isə bildirilib ki, hazırda xəstəxananın travmatologiya şöbəsində 4 yaralı müalicə alır. Onların vəziyyətləri stabil qiymətləndirilir. Həmçinin reanimasiya şöbəsində də 4 yaralı var, onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən gün səhər saatlarında Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Onlardan 11 nəfəri kişi, 10 nəfəri qadındır.
İlkin ehtimala görə, qəza yük avtomobilinin sürücüsünün yuxulu olması səbəbindən baş verib. Sürücü – 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button