Cəmiyyət

Boşanmaların əsas səbəblərindən biri sosial şəbəkədir – Deputat

“Ailələrdə yaranan problemlərə, boşanmalara təsir edən əsas səbəblərdən biri də sosial şəbəkədir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Azərbaycanda mövcud ailə münasibətləri” ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, qapalı mühitdən çıxan şəxslər açıq platformalarda fikirlərini ifadə etməkdə çətinlik çəkirlər:

“Amma bu, sosial şəbəkənin günahı deyil. Biz sosial şəbəkədə mədəniləşmə amilini inkişaf etdirə bilmədik. Sosial şəbəkədə dedi-qodu ilə məşğul olan insanların sayı çoxalıb. Bu sahədə texnologiyanın imkanlarını məhv etmişik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button