Cəmiyyət

Dilqəm Əsgərov: “15 nəfər məni döyürdü, iki barmağımı qırdılar”

“Mən öncə dövlətimizin başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm ki, onun sayəsində girovluqdan azad olundum. Həmçinin qələbə münasibətilə xalqımızı təbrik edirəm”. “Report” xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni girovluğunda saxlanılmış Dilqəm Əsgərov deyib. “Mən Ermənistan ərazisinə keçməmişdim. Öz ata-baba yurdumu ziyarətə getmişdim. Onlar məni doğma kəndimdə qeyri-qanuni həbs etdilər və Xankəndinə apardılar. Orada mənim iki barmağımı qırdılar, başımın sümüklərində problem var. Xankəndində olduğum bir həftədə mənə yemək vermədilər. Mən tutulanda çəkim 105 kilo idi və 55 kiloya düşmüşdüm. Onlar avtomatın qundağı ilə sinəmə və qoluma vururdular. Məni istintaq vaxtı 15 nəfərin iştirakı ilə döyürdülər. Qalxa bilməsəm də, zorla qaldırırdılar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin mənə bir il müddətində heç bir köməkliyi olmayıb. Mənim barmağımın qırılmasını, başımın sümüklərindəki problemləri Qırmızı Xaç Komitəsi bilirdi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button