Cəmiyyət

DYP sürücülərə xəbərdarlıq etdi

Xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonunun keçirilməsi nəzərdə tutulub. Bakı Şəhər BDYPİ-nin ictimaiəyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun JAMAZ.İNFO-ya verdiyi məlumata görə, marafon mayın 15-də saat 10:00-da Bayraq Meydanından start götürəcək.

“Küləyə qalib gəl” şüarı altında 10 mindən çox iştirakçının 21 km-dək yürüş edəcəklər.

Vaqif Əsədov bildirib ki, yürüş zamanı təhlükəsizliyi təmin etmək məqsədi ilə tədbir tam başa çatanadək qeyd olunan marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqaməti dəyişdiriləcək. “Yürüş Bayraq meydanından, Dənizkənarı Bulvarın inzibatio ərazisi ilə Dəniz Vağzalınadək,daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospekti ilə Ağ Şəhər bulvar yolu, eləcə də Ağ Şəhər dairəsi, yəni Xəqani Rüstəmov küçəsi ilə geriyə, Qənimətlər Parkının yanından keçərək- Y.Səfərov-A.Cəlilov küçələrinin kəsişməsindən, Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, R.Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinı Bibiheybət yolu ilə, Su İdman sarayı ətrafından Bulvar ərazisi ilə Bakı Kristal Zalın yanından Bayraq Meydanında finiş nəzərdə tutulub”.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi əhaliyə müraciət edərək, xahiş edib ki, qeyd olunan tarix və vaxtda iştirakçıların rahat və təhlükəsiz yürüşünün təşkil edilməsi məqsədi ilə alternative varinatlardan istifadə etsinlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button