Cəmiyyət

Erməni deputat: “Harutyunyan bizim cinayətkardı, onu biz mühakimə etməliyik, Bakı yox”

“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı şəxsən təhqir edir, sonuncu isə susur”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri “Haystan” blokundan olan deputat Andranik Tevanyan deyib.

Tevanyan bildirib ki, Arayik Harutyunyana qarşı cinayət işi qaldırılması da Azərbaycanın əsas təşəbbüslərindən biridir. “Harutyunyana yardımın Ermənistan tərəfindən göstərildiyi bildirilir. Bununla bağlı bizim ərazimizdə xüsusi antiterror əməliyyatı keçirmək hüququnu özündə saxlayırlar. Arayik Harutyunyan haqqında mənim fikrimi bilirsiniz. Bu, yumşaq desək, çox mənfidir. Əgər o, indiyə qədər intihar etməyibsə, deməli, özünə hörməti yoxdur. Onun yerində normal adam çoxdan silah götürüb, özünü vurardı. Yaxşı, ən pis halda istefa verməli idi. Buna baxmayaraq, nə olursa olsun, bu, bizim cinayətkarımızdır və onunla Azərbaycan yox, biz məşğul olmalıyıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button