Cəmiyyət

Fəal Rüstəm İsmayılbəyli azadlığa buraxılıb

Bu gün, saat 15:30-da gənc fəal Rüstəm İsmayılbəyli Bakı Appelyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. 

“Toplum TV”-nin məlumatına görə, bu barədə fəalın bacısı Sevgi İsmayılbəyli sosial media hesabında məlumat verib.

Bu, fəalın 2-ci appelyasiya müraciəti olub. Bundan əvvəlki müraciətində fəalın inzibati həbs müddətindən yalnız 50 dəqiqə azaldılmışdı.

Rüstəm İsmayılbəyli dekabrın 1-də  “Saleh Rüstəmliyə azadlıq” aksiyasında iştirakda ittiham olunub, inzibati qaydada həbs edilmişdi.

Xatırlatma

AXCP fəalı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan ali məhkəmə cəza müddətini 2 ay azaldıb. Saleh Rüstəmov azadlığa buraxılması tələbilə noyabrın 6-dan etibarən aclıq aksiyası keçirir, dekabrın 13-dən isə quru aclığa başlayıb.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, həmçinin yerli ziyalı, jurnalist və hüquq müdafiəçiləri Saleh Rüstəmovun azadlığa buraxılması üçün ölkə rəhbərliyinə müraciət edib. Müraciətlərə hələlik müsbət cavab verilməyib.

Şəxsi həkimi Saleh Rüstəmovun vəziyyətinin kritik olduğunu bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button