Cəmiyyət

Generalın məhkəmə işi: Üzə çıxan yeni mülklər, gizli həbsxana…

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi, general-mayor Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı məlum olub. Qaynarinfo xəbər verir ki, generalın və MTN-in digər vəzifəsli şəxslərinin məhkəməsi sabah Bakı Hərbi Məhkəməsində davam etdirələcək.
Bu arada qeyd edək ki, hakim Elbəyi Allahverdiyev koronavirus infeksiyasına yoluxduğundan proses qeyri-müəyyən vaxta təxirə salınmışdı.
Əldə etdiyimiz məlumata görə, sabahkı prosesdə Mövlam Şıxəliyevin mülkiyyətində olan bəzi obyektlərindən gizli həbsxana kimi istifadə etməsi məsələ qaldırıla bilər.
Mövlam Şıxəliyevin gizli həbsxanasının olması barədə ilk dəfə zərərçəkən Hüseyn Səfərov açıqlama verib. Onun iddiasına görə, general “Mini Sədərək” adlı obyektindən gizli həbsxana kimi istifadə edib. O, bununla bağlı faktları Baş Prokurorluğa təqdim edəcəyini bildirib.
Bundan başqa, sabahkı prosesdə Mövlam Şıxəliyevin üzə çıxan yeni əmlakları ilə bağlı da vəsatət qaldırıla bilər. Məsələ burasındadır ki, generalın əmlaklarına həbs qoyulub. Lakin məhkəmə prosesi getdiyi ərəfədə onun yeni əmlakları üzə çıxıb. Bəlli olub ki, Mövlam Şıxəliyev həmin əmlakları ailə üzvlərinin adına keçirib. Zərərçəkənlər bu əmlaklara da həbs qoyulmasını tələb edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button