Cəmiyyət

Hesablama Palatasının sədri dəyişmədi

Parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Qaynarinfo xəbər verir ki, iclasda Vüqar Tapdıq oğlu Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb.
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb və Vüqar Gülməmmədovun yenidən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsinə razılıq verilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button