Cəmiyyət

Kəmaləddin Heydərov rəis müavinini təqaüdə göndərdi

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov polkovniki təqaüdə göndərib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin maddi-texniki təminat üzrə müavini, polkovnik Rəhimov Arzu Hüseyn oğlu bir müddət əvvəl vəzifəsindən azad olunub. Arzu Rəhimov öz istəyi ilə təqaüdə göndərilib.
Qeyd edək ki, Arzu Rəhimov 30.09.1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Pedoqoji İnstitutunu bitirib. Ailəlidir. 2 övladı var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button