Cəmiyyət

Laçının “meri”: “Burada yaşayan ermənilərin köçürülməsi ilə bağlı təlimat verilməyib”

Məlum olduğu kimi,Ermənistanla Qarabağı birləşdirən Laçın yolunun alternativi çəkildikdən sonra Laçın şəhəri Azərbaycana təhvil veriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan da dünənki açıqlamasında bunu təsdiqləyib. O bildirib ki, köhnə yolun üzərində yerləşən kəndlər də Bakının idarəçiliyinə veriləcək.

Hazırda Laçın şəhərində yaşayan ermənilərin qondarma “meri” Narek Aleksanyan bildirib ki, onlara şəhəri boşaltmaqla bağlı hər hansı təlimat gəlməyib. “Laçının boşaldılması barədə bizə heç bir təlimat gəlməyib. Hazırda evlərin boşaldılması ilə bağlı heç bir addım atılmır”.

O deyib ki, hansısa yaşayış məntəqəsinin boşaldılması barədə onlarda dəqiq tarix yoxdur. “Əvvəlcədən bilirdik ki, Laçını boşaldacağıq. Lakin dəqiq tarix məsələsi məlumdeyil. Xankəndidən də bizə heç nə deməyiblər. İnsanlar bu gün öz evlərindədirlər, heç yana da getməyiblər”.

Aleksanyan deyib ki, onlar hazırda qeyri-müəyyən vəziyyətdədir. Onun sözlərinə görə, hazırda Laçında 170, Ssus və Zzabuxda isə 300-ə yaxın erməni yaşayır.

Qeyd edək ki, Laçın dəhlizinə alternativ çəkilən yolun istifadəyə konkret olaraq nə vaxt veriləcəyi məlum deyil. Rəsmi Bakı tikinti işlərini başa çatdırmaq üzrə olduğunu bəyan edib. Yeni yolun istifadəyə verilməsindən sonra isə Laçın şəhəri və yol boyu bir çox kəndlər Azərbaycanın nəzarəti altına keçəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button