Cəmiyyət

Meyxanaçı Rüfət Nasosnunun uşaq bağçasına dəvət edilməsi… – Psixoloq

“Rüfət Nasosnunun uşaq bağçasına girib meyxana oxuması məqsədəmüvafiq deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov “NurAy” uşaq bağçasında meyxana ifaçısı Rüfət Nasosnunun dəvət olunmasına aydınlıq gətirərkən deyib.
Psixoloq meyxanaçının hərəkətini doğru hesab etmədiyini bildirib:
“Bağçanın özü də meyxanaçını dəvət edəndə bir az mövzuya uyğun musiqi qoya bilərdi. Onun niyyəti pis olmayıb, amma etdiyi hərəkət doğru deyil. Uşaqlarla görüşüb, şəkil çəkdirib, söhbət edə bilərdi və bu, daha fərqli görünərdi”.
Elnur Rüstəmov “Bağışla, ömrüm, bağışla” meyxanasının uşağın yaşına uyğun olmadığını vurğulayıb:
“Biz belə hallardan qorunmalıyıq”.
Qeyd edək ki, meyxana ifaçısı Rüfət Nasosnu “NurAy” uşaq bağcasında qonaq olub. Onun məktəbəqədər təhsil müəssisəsində “Bağışla, ömrüm, bağışla” meyxanasını söyləməsi sosial şəbəkə izləyiciləri arasında böyük narazılığa səbəb olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button