Cəmiyyət

Müdafiə Nazirliyi Şəhidlərimizin adları olan yenilənmiş siyahını yaydı

Azərbaycan Müdafiə Nazirliyi Vətən Müharibəsində Şəhid olmuş zabit və əsgərlərimizin yenilənmiş siyahısını yayıb. JAMAZ.İNFO bildirir ki, siyahıda iyunun 2-dək dəfn edilmiş 2900 hərbçimizin və 14 nəfər itkin düşən hərbçilərimizin ad, soyad və fotoları yerləşdirilib. 

Nazirliyin açıqlamasında deyilir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 2-dək dəfn edilən 2900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”

https://mod.gov.az//images/pdf/e6b76107ea25563388c2b8a28c09ba90.pdf

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button