Cəmiyyət

Nazirlik Kukla Teatrının direktoru mənimsəməyə görə işdən çıxarıb

Mədəniyyət naziri Anar Kərimov Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudovu işdən çıxarıb.
Bu barədə Nazirlikdən “Report”a məlumat verilib.
Bildirilib ki, direktorun fəaliyyəti araşdırılan zaman onun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi ortaya çıxıb: “Qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”.
Qax Dövlət Kukla Teatrı 1971-ci ildə rayon mədəniyyət evinin nəzdində dərnək, 1976-cı ildə isə xalq teatrı kimi fəaliyyət göstərib.
1992-ci ildən Dövlət Kukla Teatrı statusu alıb.
Teatr ölkədə keçirilən festivallarda iştirak edib.
2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Teatr kollektivi Türkiyə, Rusiya, Ukrayna, Estoniya və Gürcüstanda keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil edib.
Nazim Mahmudov 1990-1998-ci illərdə Xalq artisti, aktyor İsmayıl Dağıstanlının ev-muzeyinin direktoru olub.
1998-ci ildən Qax Dövlət Kukla teatrının direktoru vəzifəsində çalışıb.
2014-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button