Cəmiyyət

Nikol Paşinyan: “62 erməninin əsir götürülməsi dövlət sirrdir”

“Böyük Tağlar və Çaylaqqala kəndlərinin itirilməsi ilə bağlı bir çox hallar sirrdir və bunları açıqlamaqdan çəkinmək lazımdır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Kəndlərin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi və erməni diversantların ələ keçirilməsi ilə bağlı cinayət işi var. “Həmin prosesdə iştirak edən əsas şəxslərdən biri hələ də həbs olunmayıb. Suallar var və ümumiyyətlə, demək lazımdır ki, müxalifət müəyyən ideya və maraqlara malik olaraq təkliflər hazırlayır. Lakin bu sualların cavabı spekulyasiyaya səbəb ola bilər. Ona görə ki, bir çox təfərrüatlar dövlət sirlərini ehtiva edir”.

O, hakimiyyətin kəndləri məqsədli şəkildə vermək qərarına gəlməsi ilə bağlı ittihamları rədd edib. “Əgər belə olsaydı, erməni hərbçiləri orada olmazdı”.

Xatırladaq ki, bir il əvvəl bu kəndlərin yaxınlığında baş verən toqquşmalar nəticəsində 62 erməni diversant əsir götürülüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button