Cəmiyyət

Paşinyan: “Müharibədə ölən əsgərlərimizin sayı 4000 nəfərdən bir qədər çox olacaq”

“Qarabağ müharibəsində ölən və indiyə qədər adları dəqiqləşdirilən əsgərlərimizin sayı 3621 nəfər təşkil edir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, hazırda itkin düşənlərin sayı 321 nəfərdir. “201 nəfərin qalıqları tapılıb və DNK testləri aparılıb. Daha 100 erməni əsgərinin qalıqları üzrə DNK testləri aparılaraq, şəxsiyyətləri müəyyənləşdirilir. Qəribə haldır ki, şəxsiyyətləri müəyyən olunanların valideynləri buna inanmırlar. Onlar hansı səbəbdən övladlarının sağ olduğunu deyirlər?”

Paşinyan qeyd edib ki, bu rəqəmlər son olmaya da bilər və itkilərin tam sayını müəyyən etmək üçün bir qədər də səbirli olmaq lazımdır. “Bizim əlimizdə olan məlumatlara əsasən Ermənistan ordusunun Qarabağdakı ümumi itkilırinin sayı 4000 nəfər həddində olacaq. Lakin mümkündür ki, bur rəqəm 50 aşağı, 50 yuxarı olsun”.

Qeyd edək ki, bu təkcə Ermənistan ordusunun itkiləridir. Bundan başqa, Qarabağdakı terrorçuların da itkiləri mövcuddur. İndiyə qədər açıqlanan rəqəmlərə əsasən terrorçuların Qarabağ müharibəsi zamanı itirdikləri və döyüş meydanından cəsədləri çıxarılan əsgərləri sayı 3100 nəfərədən çoxdur. Eyni zamanda, erməni terrorçularının açıqlamasına görə, hazırda 1200 nəfərə yaxın itkinləri var.  Bu isə toplam 4300 əsgərin öldürüldüyü deməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button