Cəmiyyət

Ramiz Mehdiyev də geri çəkildi – Deputatları məhkəməyə verməyib

“Akademik Ramiz Mehdiyev heç bir deputatı məhkəməyə verməyib. Mətbuatda yayılan məlumatlar düzgün deyil”. Bu barədə Turan agentliyinə Milli Elmlər Akademiyasından bildiriblər.

Qeyd edək ki, dünən bir sıra KİV-lərdə bu barədə məlumatlar dərc olunub və fəal şəkildə tirajlanıb. Bu nəşrlərə əsasən, Milli Elmlər Akademiyasının prezidenti 15 deputata qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə – şərəf və ləyaqətin təhqir edilməsi ittihamı ilə iddia qaldırıb.

2020-ci il avqustun 25-də Ramiz Mehdiyev karantin dövründə kütləvi tədbirlərə ciddi qadağalar olması fonunda nəvəsinə toy etməsindən sonra ona qarşı kəskin tənqidlərin obyektinə çevrilmişdi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button