Cəmiyyət

Ramiz Mehdiyevin həyat yoldaşı ilə bağlı AMEA-dan açıqlama

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun akademik Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Bu barədə AMEA mətbuat xidməti məlumat yayıb.

Bir qədər əvvəl saxlanılan və barəsində 30 sutka həbs qərarı verilən AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun akademik Ramiz Mehdiyevin qohumu (baldızının oğlu) olmasına dair məlumatla yayılmışdı.
“Eldar Əmirov əslən qarabağlıdır və Ağdam şəhərindəndir. Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar”, – deyə məlumatda vurğulanıb.
Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi vəzifəsində çalışıb

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button