Cəmiyyət

Şəhid Ayaz Nəzərov dəfn edildi – FOTOLAR

Şəhid Ayaz Nəzərovla vida mərasimi keçirilir.
Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, vida mərasimində şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və rayon sakinləri iştirak edirlər.
Vida mərasimindən sonra Şəhid Bozalqanlı kənd qəbristanlığında dəfn olunacaq.
 13:02
Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərovun nəşi ailəsinə təhvil verilib.
Qaynarinfo “Report”a istinadən xəbər verir ki, şəhidin nəşi Tovuzun Bozalqanlı kəndindəki evinə gətirilib.
Qeyd edək ki, şəhid nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy abu-havasında bəzədilib. Bundan başqa, mağarın içinə toy xonçaları düzülüb.
Şəhid doğulub, boya-başa çatdığı Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət etsin!

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button