Cəmiyyət

Şəhid oğlu və Qazi dənizdə batdı

İyulun 28-i axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dənizdə batdığı bildirlən 2 nəfərin axtarışına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası cəlb olunub.  Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Axtarışlar davam etdirilir.

Qeyd edək ki, xəzər dənizində batan şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur. Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən Müharibəsi qazisidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button