Cəmiyyət

Şahin Cəfərli: “Azərbaycanla Ermənistan arasında proseslər sürətlənəcək”

“Ermənistanda Paşinyanın yeni hökumətinin qurulmasından sonra əsirlərin mina xəritələrinin müqabilində dəyişdirilmə prosesi sürətlənə bilər”. Siyasi şərhçi Şahin Cəfərli  “Toplum TV”-yə belə deyib.

Onun sözlərinə görə, Azərbaycan mina xəritələrinin mövcudluğuna əmin olduğundan Ermənistandan onları tələb edir. “Sonuncu anlaşma çərçivəsində Ağdamın minalanmış ərazilərinin xəritəsi Azərbaycana verilib. Əvvəl də bu hadisə baş verib. 2020-ci ilin dekabrında bununla bağlı bir müqavilə də olub. Həmin müqaviləyə əsasən, erməni tərəfi Azərbaycana xəritələr təqdim edib. Azərbaycan tərəfi də bu xəritələri götürəndə, araşdırır, yoxlayır”.

Şərhçinin fikrincə, Azərbaycan və Ermənistan arasında ki, proseslər sürətləcək: “10 noyabr bəyanatı və 11 yanvar 2021-ci il tarixli anlaşmanın yerinə yetirilməsi, istər sərhəddəki mübahisəli məsələlərin həlli, istərsə də əsirlərin mina xəritələri müqabilində dəyişdirilməsi istiqamətlərində real addımlar atılacaq. Ermənistanda yeni hökumət formalaşdıqdan sonra bu istiqamətdə proseslərin sürətləndirilməsini müşahidə edə biləcəyik”.

Xatırladaq ki, dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mətbuata müsahibəsində deyib ki, keçin XİN rəhbəri Ara Ayvazyan Nikol Paşinyanın komandasının nüfuzunu aşağı salmaq üçün “Azərbaycandan əsirlərin qaytarılmasına” maneçilik törədib.

O, əcnəbi həmkarlarına Ermənistanda mina xəritələrinin mövcud olmadığını deyib. Qriqoryanın sözlərinə görə, Ayvazyan istefa verdikdən sonra mina xəritələrinin əvəzində Ermənistan bəzi əsirləri qaytara bilib və bu proses davam edə bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button