Cəmiyyət

Saleh Rüstəmli quru aclığa keçməyəcək

Həbsxanada 30 gündür ki, aclıq aksiyası keçirən Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli quru aclığa keçməyəcək. 

Bu barədə dekabrın 6-da onun oğlu Sezgin Rüstəmov “Feysbuk” hesabında açıqlama verib.

“Əmimgil atamla görüşüb, ona Şahin bəy və digər dostların xahiş etməsini, Ağdaşda aclıq edən həkimin “Saleh quruya keçsə mən də keçəcəm” – deməsini, rayondan bir neçə nəfərin atam quru aclığa keçən kimi onların da quru aclığa başlayacaqlarını dediklərini çatdırıblar. Bunları nəzərə alaraq atam bu gün quru aclığa keçməməyə razılaşıb. Amma deyib ki, o “quru aclığa keçəcəm” deyəndə kimisə təhtid etmir. Sadəcə artıq bir aydır davam edən aclığın nəticəsində başlayan şiddətli ağrılara dözə bilmir, gecələr yata bilmir, çətinliklə nəfəs alır, gün ərzində dəfələrlə huşunu itirir. “Yaxşı, bu gün quru aclığa keçmirəm, amma aclığı dayandırası deyiləm, ya quruya keçib öləcəm, ya belə öləcəm, sadəcə daha uzun və zülmlü olacaq bu ölüm” – deyib”.

Bu gün həmçinin məlum olub ki, vəkilləri Saleh Rüstəmli onun səhhətinə görə cəzasının qalan hissəsinin çəkilməsindən  azad olunması üçün Nizami Rayon Məhkəməsinə müraciət edəcəklər.

Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button