Cəmiyyət

Saxta COVID-19 arayışları verən şirkət rəhbəri azadlığa buraxıldı

Gəncə-Sankt-Peterburq aviareysi ilə səfər edəcək 101 sərnişinə qanunsuz COVID-19 sertifikatı verməkdə təqsirləndirilən “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Yasamal rayon Məhkəməsində hakim İslam Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Bayramov qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il 3 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdə o da qeyd edilib ki, Ə. Bayramovun həbsdə saxlanıldığı 3 ay 25 günlük müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, onun islah işləri cəzasını faktiki çəkmiş hesab edilib.

Ə. Bayramov məhkəmə zalından azadlığa buraxılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button