Cəmiyyət

“Siz”ə müraciət

Sizin cəmiyyət istər siyasi, istər dini, istər iqtisadi, istərsə də sosial baxımdan çox primitiv cəmiyyətdir. Siz sizdən nəyisə ala biləcək dəyişikliyə qarşısınız. Vecinizə də deyil ki, bu başqalarına kömək edə bilər, yolları açılar.

Sizin həyata baxışınız köhnəlib. Düşüncələrinizdə kütləvi surətdə yenilik olmalıdır. Bütün həyata hörmət və hər şeydə daxili bağlılığı anlamanız lazımdır. Tanrının əzəldən sizin barədə qərarı o idi ki, həm həyatınızı, həm də özünüzü istədiyiniz kimi yaradasınız.  Əgər Tanrı səndən nəyi nə cür yaratmağı tələb etsəydi, sən özünü yaradıcı kimi tanıya bilməzdin. Tanrı bu işlə məşğul olsaydı, onun məqsədi itərdi.

Siz hamınız ədalətdən dəm vurursunuz, amma iqtisadi maraqları da humanizmdən üstün tutursunuz. Belə olan halda hansı ədalətdən danışmaq olar ki?! Kobud da çıxsa sizin cəmiyyət dəvəquşu cəmiyyətidir. Siz gücü qəbul edirsiniz. Sizin planetdə həqiqi qanun yoxdur. Əsl qanun təbii olan qanundur. Onu öyrətmək, anlatmaq lazım gəlmir. O, açıq-aydındır. Əsl qanun o qanundur ki, insanlar könüllü olaraq tabe olmağa hazırdılar. Axı, bu qanun onları təbii formada idarə edir. Təbii olan qanunlara insanların hörməti də təbiidir. Çünki o fitrətdir.

Yüksək Mədəniyyətli Sivilizasiyalardakılar bir-birinin başına çəkiclə  vurmurlar. Çünki bilirlər ki, bu ağrılıdır. Onlar bilir ki, kiməsə bu cür ağrı versən o da eyni ağrını sənə yaşada bilər.  Bilin ki, etdiyiniz hər şey qarşınıza çıxır. Həqiqət təbii qanun kimi açıq-aydındır. Alimlər çox danışan deyil. Onlar sizə eksperimentin nəticələrini göstərirlər. Onlar nəticə ala bilməyəndə isə susurlar. Siyasətçilər və dindarlarsa nəticə ala bilməyəndə  danışırlar.

Əsl Tanrı bir yerdədir – sakitçilikdə, sükutda. Sən Tanrını – həqiqəti tapanda  bu barədə danışmağa ehtiyac qalmır – bu aydındır. Əgər sən Tanrı barədə çox danışırsansa demək ki, hələ də onu axtarırsan. Amma bu normaldır. Sadəcə yetər ki, bil haradasan.

Siz öz dünyanız barədə nə düşünürsünüz? Hər yerdə hərc-mərclik, kasıblıq, aclıq, müharibə və s.  Sizin sosial, siyasi, iqtisadi, dini  sistemləriniz çox primitivdir və Tanrı da bunları dəyişdirməyəcək. Siz yaradıcısınız və bu primitiv cəmiyyəti də siz yaratmısınız. Yaxşı tərəfiniz bu olub ki, ara-sıra Tanrıya müraciət etmisiniz, O, da sizə öz müşahidələrini deyib.

Gələcək sizin əlinizdədir. Yaradın! Əbədi olan “indi“ daim dəyişilir. Bunu sizin düşüncələriniz dəyişdirir. Tanrı barədə, həyatdakı hər şey barədə olan düşüncələriniz Tanrını dəyişdirir. Kollektiv şüurda isə hər şey çox sürətlə dəyişir. Gələcəyinizin pis və ya yaxşı olması sizdən asılıdır. Heç bir şey məna kəsb etmir. Kainatda xeyli varlıqlar var. Bəziləri sizdən də primitiv, bəziləri isə xeyli irəli getmişdir.

Yüksək Mədəniyyətli Sivilizasiyalar sizi ara-sıra ziyarət edir və sizin son texnologiyalarınız onların köməyi ilə olub. Onlar sizin aranızdadırlar. Əgər siz onları tanısanız, onların gücü qarşısında  təslim olar və düz yola gələrsiniz. Amma həqiqətə sizin özünüzün çatması daha məsləhətdir.  Daxildən gələni qəbul etmək daha asandır, nəinki zahirdən. Siz sizə deyilənlərdən yox, özünüz yaratdığınızdan bərk yapışırsınız. Zaman gələcək, sizin təfəkkürünüz inkişaf edəcək, qorxu hissi olmayacaq və onlar özünü sizə göstərəcək. Heç kəs, əgər onun kainat modelini nəzərə alsaq, heç nəyi yersiz etmir.

Bəzi varlıqlar texniki baxımdan irəli getsələr də, düşüncələri o qədər də inkişaf etməyib, eyni sizin kimi. Sizin planetə öz taleyini yaşamaq hüququ verilib. Sizin öz düşüncəniz nəticəni yaradacaq. Düşündüyünü alırsan, qorxduğunu cəlb edirsən, müqavimət göstərdiyin yerində qalır. Axtardığın itir ki, sən yenidən təkrar-təkrar istədiyini yaradasan, ya da birdəfəlik onu öz təcrübəndən uzaqlaşdırasan. Sən nəyi seçirsənsə onu da təcrübə edirsən. Yetər ki, şübhə etmə Tanrıya. Bunu etməyə heç dəyməz.

Vüqar Camal

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button