Cəmiyyət

Son sutkada yoluxma sayı açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına 1 156 yeni yoluxma faktı qeydə alınıb, 1 739 nəfər müalicə olunaraq sağalıb.

Operativ Qərargahdan dekabrın 15-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 607 076 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 580 495 nəfər müalicə olunaraq sağalıb, 8 137 nəfər vəfat edib, aktiv xəstə sayı 18 444 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 848, ötən müddət ərzində isə ümumilikdə 5 706 189 test aparılıb.

Vaksinasiya

Son sutkada koronavirus (COVID-19) əleyhinə 31 356 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 520, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 286, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 550 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 960 235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 128 454, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 626 667, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 205 114 təşkil edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button