Cəmiyyət

Şoyqu Bakıya zəng elədi

Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub. Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qarabağ bölgəsində vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə ediblər.

Məlumata görə, tərəflər sülhməramlı əməliyyatın gedişi və həyata keçirildiyi ərazidə humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button