Cəmiyyət

Təhsil Nazirliyi 205 nömrəli məktəblə bağlı söz verdi – Valideynlər narahatdır

Bakıda 205 nömrəli məktəbə istilik sistemlərinin verilməməsi ilə əlaqədar bir qrup valideyn müraciət edib.
Bu barədə Qaynarinfo-ya sözügedən məktəbdə təhsil alan bir qrup şagirdin valideynlərinin redaksiyamıza ünvanladığı məktubda bildirilib:

 

“Hörmətli Qaynarinfo.az internet saytının kollektivi! Bizim uşaqlarımızın məktəbdəki çətin vəziyyəti – oxuduqları R.İmanov adına orta məktəbə dekabr ayınadək istilik verilməməsi problemini ictimailəşdirdiyiniz üçün sizə təşəkkür edirik. Eyni zamanda onu da xahiş edirik ki, məktəbdəki real vəziyyəti daha dərindən araşdırıb bizim övladlarımıza dəstəyinizi ifadə edəsiniz! Məlumat üçün bildiririk ki, biz valideynlər dəfələrlə bu problemi məktəb rəhbərliyi və kollektivlə müzakirə etmişik. Məktəbin direktoru bu görüşlərimiz zamanı bizi təmkinlə dinləyərək məsələ ilə əlaqədar narahatlığımızı daim bölüşüb və müvafiq instansiyalara bu barədə məlumatlar verib. Lakin indiyədək problem öz həllini tapmayıb.
Hörmətli redaksiya! Biz övladlarımızın qışın bu oğlan çağında, müxtəlif xəstəliklərin çoxaldığı soyuq günlərdə xəstəliklərə düçar olacağına görə narahatlıq keçiririk. Ona görə də bir daha sizdən xahiş edirik ki, bu problemin çözülməsində bizə yardımçı olasınız”.
Bəs problemlə əlaqədar Təhsil Nazirliyi nə deyir? Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında bildirib ki, problem yaxın günlərdə öz həllini tapacaq:
“Biz bununla bağlı Bakı Təhsil İdarəsi ilə də danışıqlar aparmışıq. Yaxın günlərdə problem həll olunmalıdır”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button