Cəmiyyət

Vətəndaş müraciətləri növləri və formaları hansılardır?

Qanunvericilik müraciətləri bir neçə növə ayırmışdır. Daha dəqiq desək müraciət anlayışına təklif, ərizə və şikayət məzmununda sorğular təşkil edir. Bu növ müraciətlərin məzmunu barədə də ətraflı izah vermək zərurəti əmələ gəlmişdir.
Qanunvericiliyə görə təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciətdir. Anlayışdan da məlum olduğu kimi vətəndaş əgər müraciətə baxan subyektlərin hansısa faəliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünürsə, bu halda həmin quruma təklif şəklində müraciət ünvanlaya bilər. Ərizə dedikdə, hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət başa düşülür. Dəqiq desək, vətəndaşın hüququnun və ya azadlığının həyata keçirilməsini tələb etmək məqsədilə müraciətə baxan subyektə ünvanladığı müraciət ərizə şəklində olmalıdır, yəni vətəndaş müraciətə baxan subyektdən öz hüququnun və ya azadlığını tələb edirsə, bu halda ərizə şəklində müraciət ünvanlamalıdır.
Şikayət dedikdə isə pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət başa düşülür. Ətraflı qaydada demək mümkündür ki, vətəndaş müraciətə baxan subyektə öz hüquq və azadlıqlarının pozulduğunu bildirir və pozulmuş hüquq və azadlıqlarının bərpasını yaxud müdafiəsini tələb edirsə, bu müraciət şikayət hesab edilir. Qanunvericiliyə görə müraciət yazılı (kağız daşıyıcıda, elektron sənəd qaydasında) və şifahi (telefon, həmin qurumda qəbul) formada ola bilər. Bununla yanaşı xatırladaq ki, vətəndaşlar həm də iki və daha çox şəxsin birgə iştirakçılığı ilə kollektiv müraciət də edə bilər.
Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Aktiv Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.
Enter

Sen gönderdin

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button