Cəmiyyət

“Yaponçik”ə qarşı sui-qəsdlə bağlı yeni detallar: Qatillərə uzun müddətli cəza veriləcək

Kriminal dünyanın əfsanəsi hesab edilən Vyaçeslav İvankova (Yaponçik) qarşı sui-qəsd planının fiqurantları olan Cambul Canaşiya və Murtazi Şadaniya 16-17 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Cambul Canaşiyanın vəkili Sergey Qolışev bildirib. Vəkilin sözlərinə görə, dövlət ittihamçısı onun müvəkkilinə 16 il, Murtazi Şadaniyaya isə 17 il azadlıqdan məhrumetmə cəzası istəyib.

 

Canaşiya və Şadaniya “Yaponçik”in ətrafında müşahidə aparmaqda, onun yaşayış tərzini öyrənməkdə, hərəkət trayektoriyasını nəzarətdə saxlamaqda, həmçinin “qanuni oğru”nu qətlə yetirmək üçün snayper tüfəngi, güllə və avtomobil təşkil etməkdə ittiham olunurlar.
28 iyul 2009-cu il tarixdə Kaxa Qazzayev, Murtazi Şadaniya, Nuqzar Papava və Cambul Canaşiya Vyaçeslav İvankovun olduğu Moskvadakı “Tayski slon” restoranına gəliblər. İvankov restoranı tərk edərkən “QAZel” markalı avtomobil ona yaxınlaşıb. Həmin avtmobildən “Yaponçik”ə bir neçə dəfə atəş açılıb. Atəş açan şəxs Astambur Butba adlı killer olub. Hazırda o da həbsdədir.
“Yaponçik” bu olaydan sonra xəstəxanada dünyasını dəyişib.
Vyaçeslav İvankova qarşı sui-qəsdin təşkilatçısı kimi “qanuni oğru” İlya Simoninin (Maxo) adı hallandırılır. İddialara görə, “Maxo” kriminal dünyada nüfuzunu artırmaq və təsir dairəsini genişləndirmək üçün bu addımı atıb.
Məlumat üçün deyək ki, “Yaponçik” klassik “qanuni oğru”ların sonuncusu hesab edilir. O, eyni zamanda kriminal dünyanın ən nüfuzlu lideri olub.
“Yaponçik”in ölümündən sonra kriminal dünyada düzən tamamilə dəyişib.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button