Cəmiyyət

“Yunusoğlu” şirkəti Şəhidlərlə bağlı klipin çəkilməsinə yardım edib (R)

Məsələnin kökü ona gedib çıxır ki, Türkiyə kanallarının birində efir vaxtı almışdıq ki, Azərbaycanda tikinti sahəsində çalışan şirkətlərin işləri barədə Türkiyə xalqına informasiya verək. Bunun üçün instaqram səhifələrində təmir-tikinti işləri ilə əlaqəli şirkətləri axtardıq. Bir neçə ünvan qeyd etdik və həmin şirkətlərlə əlaqə saxladıq.
Daha sonra araşdırma apardıq və bəzi xoşa gəlməz informasiyalarla rastlaşdıq ki, bunlardan bir neçəsini misal çəkə bilərik. Məsələn, bəzi müştərilər şirkətlərin işi vaxtında təhvil verməməsindən, qiymət bahalığından, məsuliyyətsizlikdən, telefon nömrələrinin tez-tez dəyişdirilməsindən və ya sönülü olmasından şikayət edirdilər. Lakin bir araşdırmaçı jurnalist komandası olaraq boynumuza düşən haqqlardan biri də budur ki, adına layiq olmayan , müştəriləri narazı salan şirkətləri xalqa tanıtmaqla bərabər dürüst olan, şəffaf olan, məsuliyyətli olan şirkətləri də xalqa tanıdaq.
İnstaqramda rastımıza çıxan belə şirkətlərdən biri də Yunusoğlu təmir – tikinti şirkəti oldu. Və onların araşdırandan sonra digər keyfiyyətlərini də yoxlamaq qərarına gəldik. 2-ci Qarabağ müharibəsindən dönmüş və müharibədə dostlarını itirmiş bir vətən oğlunun arzusu həmin şəhid olmuş dostlarının sevdiklərinə qovuşmadığı haqqında oxuduğu mahnının klip çəkilişlərinin müəyyən qədər məsrəflərinin qarşılanması üçün etdiyimiz müraciətin müsbət qarşılanması oldu ki, bu da şirkət rəhbərliyinin vətəninə, onun mərd oğullarına verdiyi dəyərin əsl sübutu oldu ki, biz bunu görməməzlikdən gələ bilməzdik.
Biz Yunusoğlu təmir – tikinti şirkətinin bir ailə biznesi olduğunu gördük və tikib təhvil verdiyi evlərə baxış keçirdik. Həqiqətən də ev qədrini ailə bilər və ev tikintisini ailədən yaxşı kim dəqiq yerinə yetirə bilər? Biz Yunusoğlu təmir – tikinti şirkətinə işlərində uğurlar, onun rəhbərliyinə belə bir komanda toplayıb sifarişçiləri razı saldığına görə təşəkkür edirik. Həqiqətəndə işlərinə baxanda Azərbaycanın rayonlarında da olsa rəhbərlik ev tikilənə qədər ən azı 10 dəfə rayona səfər edib , işə nəzarət etdiyinin , ustalarla bir ailə kimi davrandığının şahidi olduq. Uğurunuz bol olsun. Nə yaxşı ki, belə məsuliyyətli şirkətlər də varmış.
Niyaməddin Aslanzadə
P.S. Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button