Cəmiyyət

Zaxarova: “Yaxın günlərdə üçtərəfli işçi qrupu fəaliyyətini bərpa edəcək”

“Moskva hesab edir ki, razılaşmaya əsasən üçtərəfli işçi qrupu yaxın günlərdə öz fəaliyyətini bərpa edəcək”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat katibi Mmariya Zaxarova deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası prioritet məsələdir və onun reallaşmasında Azərbaycan, Eermənistan və Rusiya da daxil olmaqla, bütün region ölkələri maraqlıdır. “Hər üç ölkənin mütəxəssislərin iştirakı ilə kommunikasiyanın bərpası ilə bağlı ekspert analizinə əsasən yaxın perspektivdə mərhələli şəkildə bir sıra infrastruktur layihələrini həyata keçirmək mümkün olacaq. “Azərbaycan-Ermənistan sərhəddində baş verən insidentlər təbii ki, Bbakı və İrəvan arasında münasibətlərin normallaşmasına yardımçı olmur. Biz tərəfləri təmkinli olmağa, gərginliyin deeskalasiyasına və mübahisəli məsələlərin dinc və danışıq yolu ilə həll edilməsinə çağırırıq”.

Zaxarova onu da deyib ki, Rusiya Qarabağda ərazilərin minalardan təmizlənməsi prosesində də yaxından iştirak edir. Onun sözlərinə görə, bu ən çətin işdir. “Noyabrın 23-dən indiyə qədər rus sülhməramlıları 26 min ədəd partlayıcı əşyalar aşkarlayıblar. İndiyə qədər 2 hektar ərazi minalardan təmizlənib. Ağdam rayonu ərazisində də hərbçilərimiz 18 min ədəd partlayıcı sursatlar aşkarlayaraq, zərərsizləşdiriblər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button