Dünya

ABŞ-dan Rusiya daha bir sanksiya: “ŞİMAL AXINI-2” LAYİHƏSİNDƏ İŞLƏYƏN 17 ŞİRKƏT “QARA SİYAHI”YA SALDI

ABŞ Maliyyə Nazirliyi Rusiyanın əsas “qan damarı” olan “Şimal Axını-2” qaz kəməri layihəsində iştirak edən şirkətlərə sanksiya tətbiq etdiyini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin şirkətlərin adları da açıqlanıb.

Nazirliyin açıqlamasına görə, sanksiyalar kəmərin çəkilişini həyata keçirən və boru ilə təmin edən «Akademik Çerskiy”, həmçinin «Artemis Offşor”, «Baxtemir”, “Baltik araşdırmaçısı”, “Finval”, “Kapitan Beklemişev”, “Murman”, “Narval”, “Sivuç” «Xilaskar Karev”, «Umka”, habelə «Vladislav Strijov” və “Yuri Topçev” şirkətlərini əhatə edib.

ABŞ nazirliyi onu da bildirib ki, sanksiya şirkətlərlə yanaşı, bir sıra dövlət qurumlarına da şamil edilib. Belə ki, Rusiyanın «Dəniz Xilasetmə Xidməti”, «Dəniztransservis”, «Samara İistilik Enerjisi Avadanlıqları Fondu” və «KOKSOXİMTRANS” ASC də “qara siyahı”ya salınıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button