Dünya

Antoni Blinken: “Putinin qarşısında iki yol var, ya cəhənnəm sanksiyaları, ya da diplomatik yol”

ABŞ-ın dövlət katibi Antoni Blinken Ukrayna məsələsi ilə əlaqədar rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacağını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, Blinken Ficiyə səfəri zamanı keçirdiyi mətbuat konfransında bir sıra mətləblərə toxunub və Rusiya prezidentinin iki yolu olduğunu bildirib.

O qeyd edib ki, Ukrayna sərhədlərinə yerləşdirilən yeni hərbi qüvvələr də daxil olmaqla, bölgədə narahatlıq doğuran hadisələri müşahidə edirlər. “Prezident Putinin işğal qərarı verib, vermədiyini bilmirik. Ancaq qısa zaman ərzində hərəkətə keçəcəyi barədə məlumatımız var. Dirgər məsələləri daha ətraflı şəkildə bir qədər sonra açıqlayacam”.

Blinken bildirib ki, Rusiya Ukraynaya hər an hücum etmək imkanına sahibdir. “Ümid edirəm ki, bunu etməzlər və diplomatik vasitələrdən yararlanarlar.Biz bütün müttəfiqlərimizlə birlikdə əməkdaşlıq edərək, buna hazır olduğumuzu bəyan etmişik. Mövqeyimizi Rusiyaya da çatdırmışıq. Təkliflərimizi vermişik. Burada mümkün yollar var. Rusiya bu təkliflərimizin bəzilərinə cavab verəcəyini bildirmişdi, lakin hələ də cavab yoxdur.  Nazir Lavrovla görüşdə buna cavab alıb, almadığımızı müəyyən edəcəyik”.

ABŞ-ın dövlət katibi vurğulayıb ki, əgər Rusiya Ukraynaya hücum edərsə, bunun çox ağır şəkildə əvəzini ödəməli olacaq. “Dünya miqyasında bir təpkiylə üzləşəcək. Buna isə artıq prezident Putin qərar verəcək. Bunun üçün Rusiyanın iki yolu var. Ya müharibə edib, dəhşətli sanksiyalarla üzə-üzə qalacaq, ya da diplomatik yolla məsələni həll edəcək. Biz hər iki yola hazırıq. Hər halda onlar bunun hansı nəticələr verəcəyini də yaxşı bilirlər”.

Blinken deyib ki, əgər Rusiya Ukraynaya hücum edərsə, sürətli şəkildə sanksiyalarla üz-üzə qalacaq. “Bu sanksiyaların tətbiqi hər an başlaya bilər”.

O sonda qeyd edib ki, Rusiyanın Ukraynanı işğal etmə planını işə salması Çin Olimpiadası zamanı ola biləcəyini ehtimal edirlər. “Əvvəllər də bildirdiyim kimi, işğalın hər an başlaya biləcəyi bir mərhələyə qədəm qoymuşuq. Qısacası, Çində keçirilən olimpiadanın da bunun qarşısını alacağına inanmırıq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button